İnternet şəbəkələrində Ukraynanın işğal olunmuş Krıma dünənki hücumu nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ölə biləcəyi ilə bağlı getdikcə daha çox məlumat yayılır.
"General Valeri Gerasimovun Ukraynanın dünənki Krıma raket hücumları nəticəsində həlak olması ilə bağlı məlumatlar var. Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavinidir. Hazırda məlumat təsdiqlənməyib”.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bunu “Visegrád 24” yazır.
Ukraynanın “Cənub” könüllü ordusunun spikeri Sergey Bratçuk bunun doğru olmadığına inanmağa meyillidir.
"Orada kimin vurula biləcəyi ilə bağlı bir çox versiyalar var, mən hətta məşhur Gerasimov soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma düşünürəm ki, reallığa uyğun gəlmir. Lakin həmin komandanlıq məntəqəsində Rusiyanın işğalçı ordusunun bir neçə yüksək rütbəli zabit və ya generalının vurulması gerçəkdir”, - deyə o, "Espresso" nəşrinə açıqlamasında bildirib.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov 2022-ci ilin mayında Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında ayağından yaralanmışdı.