Gömrükçülər külli miqdarda tütün məmulatları aşkarlayıb

13:37 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Hafta.az xəbər verir ki, idarənin məlumatına görə, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.