Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.
Xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
APA xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O, bina sakinlərinin təxliyə edildiyini də deyib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.