Goranboyda qadın yanıq xəsarətləri alıb

10:21 02.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Rayon sakini, 1979-cu il təvəllüdlü G.Fərmanova əl və üz nahiyyəsinin yanığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qadın səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 62