Görün Paşinyan Putinin qarşısında necə itaətkar oturur - Rusiyalı general

15:31 24.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şübhə edirəm ki, biz Cənubi Qafqazdakı mövqelərimizi itirə bilərik. Bizim Cənubi Osetiyada və Abxaziyada bazalarımız var.

Hafta.az xəbər verir ki, bu fikirlər Rusiyanın “PİR-Sentr” analitik mərkəzinin şura sədri, istefada olan general-leytenant Yevgeni Bujinskiyə məxsusdur.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini itirmək barədə danışmaq hələ tezdir:

"Paşinyan və onun ətrafı Qərbə tərəf yerdəyişmə edə bilməz. Bunun üçün Putinlə Paşinyanın görüşünün videosuna baxmaq lazımdır, hansı ki, orada sonuncu açıq-aşkar itaət nümayiş etdirir. Bundan əlavə, Türkiyə də Avropa İttifaqına skeptik yanaşır. Müvafiq olaraq Azərbaycana də həmin o “Şərq Tərəfdaşlığı” nəsə verə bilməz”.