Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti təyin olunub

14:10 27.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA-ya yeni vitse-prezident təyin olunub.

Hafta.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.

Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.