Göygöl rayonunda bir nəfər göldə batıb

10:58 24.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə 22.06.2023-cü il tarixində Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.