Göygöldə qəza, 5 nəfər xəsarət alıb

09:03 11.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.

Hafta.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.