Yazını böyüt
Yazını kiçilt
Martın 24-də Yer kürəsində çox güclü maqnit qasırğası müşahidə edilir.
Hafta.az xəbər verir ki, bununla bağlı Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqinin məlumatlarında deyilir.
Məlumata görə, maqnit qasırğası hələ də davam edir.
Maqnıt qasırğası hazırda G4 səviyyəsinə çatıb ki, bu da beş indikatorlu monitorinq şkalasında "çox güclü", G5 "son dərəcə güclü", G1 isə "zəif" deməkdir.
"G4" səviyyəsi nəzərdə tutur ki, Yer kürəsində rabitəyə ciddi müdaxilə ilə yanaşı, radio rabitəsində ciddi fasilələr və peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələr qeydə alına bilər.