Güləşçimiz ermənini məğlub edərək bürünc medal qazandı

23:12 10.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Hafta.az xəbər verir ki, Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyana 6:4 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq) gümüş medal qazanıb.

Xatırladaq ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.