Rusiyadan Avropaya birbaşa uçuşların qadağan edilməsi qonşu ölkələri tranzit qovşaqlarına çevirir.
Hafta.az-ın yazdığına görə, Tbilisi Rusiya vətəndaşlarının Avropaya tranzit uçuşları üçün İstanbul və İrəvandan sonra alternativdir.
Vnukovo hava limanının və Azimut aviaşirkətinin sahibi Vitali Vantsev bildirib ki, hazırda Rusiya vətəndaşlarının Avropaya tranzit uçuşları üçün Tbilisi hava limanında yeni mərkəz yaradılır.
Məlumata əsasən, Rusiya vətəndaşlarının Avropa uçuşları üçün Tbilisidə dördüncü tranzit qovşağı yaradılacaq. Rusiyadan Gürcüstan üzərindən birbaşa uçuşların bağlandığı Paris, Nitsa və Roma kimi istiqamətlərə uçuşlar olacaq.
Beləliklə, Tbilisi İstanbul, İrəvan və Bakıdan sonra dördüncü tranzit qovşağı olacaq.
Rusiya ilə Gürcüstan arasında 2019-cu ilin avqustunda qadağan edilən uçuşlar ötən may ayından etibarən bərpa olunduqdan sonra bu vəziyyət bəzi istiqamətlərdəki birləşdirici reyslərin qiymətlərinə də müsbət təsir göstərib. Rəqabətin artması, alternativ marşrutların çoxalması sərnişinlərin sayını artırır, eyni zamanda qiymətlərin aşağı düşməsinə şərait yaradır.