Gürcüstanda daha 222 nəfər yoluxub

11:38 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 222 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 652 929, ölənlərin sayı isə 16 789 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 1 633 684 nəfərin sağaldığı bildirilib.