Gürcüstanda daha 352 nəfər COVID-ə yoluxub

12:35 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 352 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 649 005, ölənlərin sayı isə 16 751 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 1 627 366 nəfərin sağaldığı bildirilib.