Gürcüstanda daha 829 nəfər koronavirusa yoluxub

12:42 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son sutka ərzində Gürcüstanda 18 min 331 nəfər COVID-19-a qarşı test olunub. Nəticədə daha 829 nəfərdə koronavirus təsdiq olunub.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 263 min 57 nəfərə çatıb.

Bununla belə, son sutka ərzində 566 nəfər koronavirusdan müalicə olunub və bu virusdan sağalanların ümumi sayı 254 min 916 nəfər olub.

Pandemiya qurbanlarının sayı isə daha 8 fakt artaraq 3306-ya çatıb.