Gürcüstanda koronavirusa daha 28 nəfər ölüb

11:35 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 700 yoluxma halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 625 732 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 28 nəfər ölüb, 7 002 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16 366 nəfər, sağalanların sayı isə 1 554 533 nəfər təşkil edir.