Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 554 nəfərə çatıb

11:14 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 823 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Hafta.az-ın  xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 635 509, ölənlərin sayı isə 16 554 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 585 885 nəfərin sağaldığı bildirilib.