Gürcüstanın Baş naziri koronavirusa yoluxub

13:08 06.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Hafta.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Baş nazirin koronavirus testinin cavabı pozitiv çıxıb.

İ. Qaribaşvilinin özünü yaxşı hiss etdiyi, özünütəcrid rejimində fəaliyyətini distant qaydada davam etdirdiyi bildirilib.