Hafiz Məmmədov ev dustaqlığına buraxıldı

17:27 31.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış iş adamı, "Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Hafta.az APA-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, H. Məmmədovun barəsində bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 günlük həbs-qətimkan tədbir seçilib