Haitidə həbsxanaya hücum nəticəsində yüzlərlə məhbus azad edilib

11:11 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Silahlı dəstələrin üzvləri Haitinin paytaxtı Port-o-Prensin əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar azad edildikdən sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb.