Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, hazırkı prezident Co Baydenin kampaniyası Donald Trampı və ya hər hansı digər Respublikaçı namizədi məğlub edə biləcək. ABC ondan sitat gətirir.
Bundan əvvəl Donald Tramp Ayova ştatında Respublikaçılar Partiyasının kokusunda rəqiblərini darmadağın etmişdi.
Səsvermənin nəticələrinə görə, Tramp respublikaçıların 51%-ni, onun ən yaxın rəqibləri Florida qubernatoru Ron DeSantis və Cənubi Karolinanın keçmiş rəhbəri Nikki Heyli isə müvafiq olaraq 21,2% və 19,1%-ni toplayıb.
Dördüncü prezidentliyə namizəd Vivek Ramasvami səslərin 7%-dən bir qədər çoxunu toplayıb və yarışı tərk etdiyini və Trampı dəstəkləyəcəyini açıqlayıb.