Hava ilə bağlı SMS xəbərdarlıq sistemləri təşkil ediləcək

14:05 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Proqnozların vaxtında alınması, emalı və çatdırılması vacidbir.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Mobil tətbiq və SMS xəbərdarlıq sistemləri təşkil ediləcək.

 

“Bununla bağlı iş aparılır və Türkiyə təcrübəsi öyrənilir. Gələn ildən bu sistemin tətbiqi gözlənilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında nazir müavini Umayra Tağıyevanın və ekspertlərin iştirakı ilə qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masa keçirilib.

Oxunma sayı 53