Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

17:39 27.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin hafta.az-a verdiyi xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli yağışların yağması və şimşək çaxması ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.