Oxucularımızı hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikasına aid olan, ancaq 10 noyabr üçtərəfli razılaşmasına əsasən Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış ərazilərdəki yaşayış məntəqələrimizin durumu ilə tanış etməkdə davam edirik.
Xocalı rayonunun "Ovsepavan" adlandırdıqları Dərələyəz kəndində separatçı-terrorçu rejim tərəfindən “44 günlük müharibə nəticəsində köçkün düşmüş erməni ailələri üçün” qanunsuz olaraq yeni məhəllənin tikintisi davam etdirilir.
Hafta.az xəbər verir ki, bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.
“Yeni məhəllədə 22-i üçotaqlı, 55-i isə dördotaqlı olmaqla 77 fərdi yaşayış evi olacaq. Məhəllədə yaşıllıqları olan istirahət guşələri, uşaq meydançası salınacaq, uşaq bağçası, inzibati bina, məktəb də tikiləcək. Tikinti 2022-ci ilin dekabr ayına kimi başa çatdırılacaq”- məlumatda belə deyilir.
Layihə separatçı rejim və "Hayastan" ümumerməni fondunun dəstəyi ilə həyata keçirilir.