Həbsxanadan çıxan qadın GƏLİNİNİN BOĞAZINI KƏSDI

19:29 10.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Öncə həbsxanadan çıxdı. Daha sonra oğlunun evinə qonaq getdi. Bir neçə gün ailəsi ilə birlikdə spirtli içki qəbul edib şənlənməsi sonda qanlı cinayətlə yekunlaşdı.

Hafta.az xəbər verir ki, bu dəhşətli cinayət Rusiyanın Omsk vilayətində qeydə alınıb.

Məlum olub ki, əvvəllər qətl törətməkdə təqsirli bilinən 56 yaşlı bir qadın 2021-ci ilin avqustunda həbsxanadan çıxıb və Omskda 35 yaşlı oğlunun yanına gəlib.

Oğlunun 37 yaşlı gəlini də daxil olmaqla qohumları ilə birlikdə bir neçə gün spirtli içki içiblər. Oktyabrın 8-də səhər oğlu yatmağa gedəndə anası ilə gəlini arasında dava düşüb. Şübhəli bıçaq götürüb və gəlininin boynundan bıçaqlayaraq ölümcül yaralayıb.

Sonra cinayətkar özü polisə gəlib və hər şeyi danışıb. Öldürülən qadının cəsədi oğlunun mənzilində tapılıb.