Hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU

19:08 11.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.

Hafta.az bildirir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.