Həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

15:21 13.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarusda tibb tələbələri və həkimlər üçün “MedExam” adlı virtual xəstə proqramı yaradılıb.

Hafta.az xəbər verir ki, bu barədə Belarusun BelTA informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, layihə Vitebsk Dövlət Tibb Universiteti və Yüksək Texnologiyalar Parkının rezidentlərindən biri tərəfindən hazırlanıb.

Məlumata görə, proqram simulyasiya olunmuş klinik şəraitdə diaqnoz və müalicə bacarıqlarının inkişafına xidmət edir.

Platformanın açıq sistemi müxtəlif tibbi ssenarilərin əlavə edilməsinə imkan verir. Hazırda 12 ssenari hazırlanıb.

Qeyd olunub ki, virtual xəstə proqramından həm təlim, həm də gələcək həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün istifadə ediləcək.