Həmvətənimiz Kanadada “ən yaxşı müəllim” mükafatına layiq görülüb

15:10 22.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Uzun illər ərzində Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayan həmvətənimiz Yeganə Cəfərova çalışdığı Farma-Medikal kollecində ən yaxşı müəllim mükafatına layıq görülüb.

Bu barədə hafta.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mükafat avqustun 20-də kollec tərəfindən təşkil olunmuş 2022-ci il tələbələrin buraxılış-diplom təqdimetmə tədbirində təqdim edilib. Yeganə Cəfərova ilk dəfə bu mükafata 2017-ci ildə Ontario Kolleclər Assosiasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə eyni kollec tərəfindən ən yaxşı müəllim mükafatlarına layiq görülüb.