Hər hansı hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq - XİN

11:57 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn hər hansı hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq.

Xarici İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

"Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaqdır.

Allah Şəhidlərimizə rəhmət eləsin!" - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.