Hərbçimiz təlim zamanı həlak olub

22:54 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə hafta.az-a DSX-dan məlumat verilib.

Bildirilib ki, noyabr ayının 4-də saat 17:20 radələrində DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar DSX və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.