Yazını böyüt
Yazını kiçilt
Bu gün Polşanın ölkəmizdəki Səfirliyində Azərbaycanın Varşavadakı keçmiş səfiri Həsən Həsənovla görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, görüşdə keçmiş səfir Polşanın nüfuzlu Jeşuv Universitetinin medalı ilə təltif olunub. Tədbirə Xarici İşlər Nazirliyinin, eləcə də elm və mədəniyyət sahəsinin nümayəndələri də qatılıb.

H.Həsənov çıxışı zamanı Polşa ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin olduğunu və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını bildirib.