Hindistanın yeni səfiri Bakıya gəldi

17:17 03.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Azərbaycandakı yeni səfiri Abhay Kumar Bakıya gəlib.

Hafta.az xəbər verir ki, bu barədə Hindistan səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

"Səfir Abhay Kumar bu gün Bakıya gəlib və vəzifəsinin icrasına başlayır", - diplomatik nümayəndəliyin məlumatında qeyd olunur.