96 yaşlı Boris Romantsçenko Xarkovdakı evinə düşən rus bombasının qurbanı olub. İkinci Dünya Müharibəsi zamanı sağ qalan və 4 həbs düşərgəsində olan ukraynalı rus bombardmanı nəticəsində həlak olub.
Hafta.az Romantçenkonun filmlərə səhnə olacaq həyat hekayəsini təqdim edir...
Rusiyanın son vaxtlar Ukraynanı qorxutmaq üçün mülki insanları hədəfə aldığı bildirilsə də, Xarkovdan gələn xəbər dinc əhali arasında itkilərin miqyasını bir daha ortaya qoydu.
Buhenvald Fondu İkinci Dünya Müharibəsi zamanı dörd nasist ölüm düşərgəsindən sağ çıxan Boris Romantsçenkonun Ukraynanın Xarkov şəhərindəki mənzilinə düşən Rusiya bombası nəticəsində öldüyünü açıqlayıb.
Onun oğlu və nəvəsindən alınan məlumat əsasında verilən açıqlamada hadisənin martın 18-də baş verdiyi bildirilib.
Romantsçenko (sağdan ikinci) 2015-ci ildə Buxenvald əsir düşərgəsinin qurbanlarının anım tədbirində rus dilində demişdi: “Bizim idealımız sülh və azadlıq içində yeni dünya qurmaqdır”.
Romantsçenko 1926-cı il yanvarın 20-də Ukraynanın Sumı yaxınlığındakı Bondaridə fermer ailəsində anadan olub.
O, yəhudi olmasa da, 16 yaşında alman əsgərləri tərəfindən aparılıb və o vaxtkı nasistlərin Ukrayna əhalisinə qarşı hədə-qorxu siyasətinin bir hissəsi olaraq 1942-ci ildə Almaniyanın Dortmund şəhərinə məcburi işçi kimi deportasiya edilib.
Oradakı əmək düşərgəsindən qaçmağa cəhd edən Romantsçenko uğursuzluğa düçar oldu və qaçmaq cəhdi onu 1943-cü ildə bədnam Buxenvald həbs düşərgəsinə gətirdi.
Romantsçenko həmçinin V2 raketlərinin yaradılmasına kömək etməli olduğu Peenemuende və Mittelbau-Dora və Bergen-Belsendə də keçirilib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) bu yaxınlarda Rusiyanın Ukraynaya hücumu nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 847-yə yüksəldiyini açıqlayıb.
Rus qoşunlarının mülki yaşayış məntəqələrinə zərbə endirməsindən sonra ümumi itkilərin 1399 nəfər olduğu bildirilərkən, o, itkilərin çoxunun rus qoşunlarının ağır artilleriya və çoxlüləli raket sistemləri və partlayıcı silahlardan istifadə etməsi nəticəsində baş verdiyini bildirib.
OHCHR Ukraynada gərgin münaqişələrin yaşandığı bir neçə regionda dəqiq məlumat əldə edə bilmədiyi üçün insan itkisinin daha çox olduğu düşünülür.