Hörmüz boğazı Malakka boğazı kimi idarə oluna bilər - YENİLƏNİB

15:35 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oman Hörmüz boğazının idarə olunması ilə bağlı yeni mexanizm təklif edib. Region ölkələri tərəfindən dəstəklənən bu təklifə görə, Hörmüz boğazı heç bir ölkənin birtərəfli nəzarətində olmamalı və xidmətlərdən istifadə üçün rüsumlar könüllülük prinsipi ilə toplanmalıdır.

Hafta.az xəbər verir ki, “Reuters” agentliyinin Körfəzdəki mənbələrinə istinadla yaydığı bu məlumata görə, irəli sürülən təklif Malakka boğazının nümunəsinə əsaslanır.

Belə ki, Malayziya ilə İndoneziya arasındakı bu mühüm su yolundan istifadə edənlər naviqasiya, ətraf mühitin qorunması, axtarış və xilasetmə əməliyyatlarının maliyyələşdirilməsinə könüllü olaraq töhfə verirlər.

09:26

Hörmüz boğazında gəmiçiliyin bərpası müzakirədə

İran və Oman Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı danışıqları davam etdirir.

Hafta.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, tərəflər gəmilərin boğazdan təhlükəsiz keçidini təmin edəcək orta dəhlizin yenidən açılması imkanını müzakirə edirlər.

Bildirilir ki, marşrutun istifadəyə verilməsi üçün bölgədə yerləşdirildiyi iddia olunan dəniz minalarının təmizlənməsi tələb olunur.

Agentliyin məlumatına əsasən, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri təhlükəsizlik şəraiti imkan verəcəyi təqdirdə, mina təmizləmə işlərinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Qeyd olunur ki, danışıqlarda İran və Omanla yanaşı, Qətər, Pakistan, Misir, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edirlər.