“Sabah” Finlandiyada cavab oyununa çıxır

11:02 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, Bakı klubu Finlandiyanın KuPS komandasının qonağı olacaq.

Kuopio Mərkəzi Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Qarşılaşmanı İsraildən olan hakim Qal Leibovitz idarə edəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb.