ADPU-da yaz semestrinin imtahan sessiyası uğurla yekunlaşıb

20:57 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

Bu barədə hafta.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, iclasda ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövr ərzində əməkdaş və tələbələrin qazandığı uğurlardan söz açıb, elmi ad və dərəcələr alan əməkdaşlara müvafiq sənədləri təqdim edib.

Elmi katib Nərminə Abdullayeva son Elmi Şura iclasından cari dövrədək universitetdə və onun filiallarında təşkil olunan layihə və tədbirlərin xülasəsini diqqətə çatdırıb.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanovun ADPU-da 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri barədə məruzəsi dinlənilib. Həmçinin Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistrantların dissertasiya işlərinin müdafiəsinin yekunları ilə bağlı hesabatla çıxış edib.

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib, gündəlikdə duran qərarlar səsə qoyularaq qəbul olunub.