Naxçıvanda bununla bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb

18:52 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasında bu ilin ilk 6 ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən hafta.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaşların ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı müraciətləri müvafiq qaydada araşdırılıb və imtina üçün əsaslar olmadığı hallar nəzərə alınmaqla dövlət qeydiyyatı həyata keçirilib.

Qeyd edək ki, ad, soyad və ata adının dəyişdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq həyata keçirilir.