Tramp buna görə İrana hücumları dayandırıb

19:35 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara daha bir şans vermək üçün ABŞ-nin İrana hücumlarını dayandırmaq qərarına gəldiyini söyləyib.

Hafta.az xəbər verir ki, bu barədə o “Axios”a müsahibəsində deyib.

Lakin o, diplomatiya uğursuz olarsa, genişləndirilmiş hərbi əməliyyatlara qayıdış əmri verə biləcəyini vurğulayıb: "Biz İranla çox dərin danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, biz çox güclü hərbi əməliyyatlara qayıdacağıq".

Diplomatiyaya nə qədər vaxt ayıracağı soruşulduqda, prezident vaxtının çox olmadığını bildirib.