Yazını böyüt
Yazını kiçilt
Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə qarşı embarqo elan etməsindən sonra Bab əl-Məndəb boğazında ticarət gəmilərinin hərəkəti 56 faiz azalıb.
Hafta.az xəbər verir ki, iyulun 26-da boğazdan 15 yük gəmisi keçib. Halbuki iyulun 20-də blokadanın elan edildiyi gün bu göstərici 34 gəmi təşkil edib. Gəmilər əsasən neft, taxıl və gübrə daşıyıb.
Məlumata görə, gəmiçilikdəki azalma husilərin Səudiyyə Ərəbistanının Cizan və Yanbu şəhərlərindəki “Saudi Aramco” obyektlərinə hücumlar barədə açıqlamaları fonunda baş verib.
Qəzet, həmçinin ABŞ və İran arasında qarşılıqlı hücumların səngiməsindən sonra iyulun 26-da Hörmüz boğazında gəmi hərəkətinin artdığını qeyd edib./“The National”/