Hyu Cekmandan Didpul və Uolverin etirafı

10:33 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hyu Cekman Uolverin rolunu canlandırmaq üçün üçüncü Didpul filminə imza atanda, hətta onun agenti də bu barədə bilmirdi.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, 2017-ci ildə “Logan” filmində öldürüldükdən sonra superqəhrəman rolunu təkrar canlandırmaq qərarı haqqında danışmaq üçün bu yaxınlarda aktyor Ryan Reynolds və rejissor Şaun Levi ilə birlikdə Fandanqo ilə bir araya gəlib.

“The Greatest Showman”ın ulduzu deyib: "Mən həqiqətən də ora çatmaq üçün səbirsizlənirdim. Ora çatan kimi Rayana zəng etdim və dedim ki, “gəlin bunu edək" dedim".

Oskar mükafatına namizəd olan aktyor əvvəllər “The Empire”ə demişdi ki, qarşıdan gələn Disney filmi onun üçün xüsusilə "həyəcanlıdır", çünki bu film  "Wolverine”in əvvəllər filmlərdə görmədiyimiz fərqli tərəflərini" nümayiş etdirir.

“Deadpool & Wolverine” iyulun 26-da ekranlara çıxacaq.

Oxunma sayı 235