iPhone 16 baha olduğundan iPhone 13-ə tələbat 196 faiz artıb

09:10 08.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Texnologiya məhsullarının qiymətlərinin dəyişməsi istifadəçilərdə fərqli alış meyllərinin yaranmasına səbəb olur. Xüsusilə, Apple-dan başqa satıcılar yeni iPhone modelləri təqdim olunduqda qiymətləri artıraraq istehlakçıların fərqli alternativlərə üz tutmasına zəmin yaradır.

Hafta.az-ın yazdığına görə, yeni iPhone 16 təqdim edildikdən sonra Türkiyədə istehlakçı davranışında ciddi dəyişiklik baş verdi. Onlayn alış-veriş bələdçisi Cimri məlumatlarına görə, üç nəsil əvvəl təqdim edilən iPhone 13-ün qiymət müqayisələri 196 faiz artıb. İstifadəçilərin iPhone 13-ə üz tutması Türkiyədə texnoloji məhsulların qiymətlərinin artması ilə əlaqələndirilir.

Texnologiya dünyasındakı yeniliklər heç də həmişə ən son model cihazlara meylə səbəb olmur. Köhnə modellərin qiymətləri yeni məhsulların təqdim edilməsi ilə bəzi istehlakçılar üçün daha cəlbedici olur. Bu vəziyyət xüsusilə büdcəsindən daha səmərəli istifadə etmək istəyənlər üçün bir fürsət olaraq önə çıxır.