İtkin düşən yeniyetmələr TAPILDI

20:03 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Hafta.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.