"Universal əsgər” (1992), “Qaçmağa yer yoxdur” (1993), “Hərəkətli hədəf” (1993) kimi filmlərin ulduzu 63 yaşlı məşhur amerikalı aktyor Jan-Klod Van Damm 36 il sonra, vaxtilə məşhur olan obrazını yenidən canlandırıb.
Hafta.az-ın Nur.kz-a yazdığına görə, aktyor 36 yaş fərqi olan fotosunu İnstaqram səhifəsində yerləşdirib və paylaşıma belə şərh yazıb: “Neçə yaşın olursa olsun, 27 və ya 63 yaşında iş heç vaxt dayanmır. Xüsusilə döyüş sənəti dünyasında yaşayan insanlar üçün yaş sadəcə bir rəqəmdir. Gəlin ciddi nizam-intizam, diqqət və cəsarətlə birlikdə tarix yazmağa davam edək”.
Qısa müddətdə post 170 mindən çox bəyənmə toplayıb. Pərəstişkarları bu fotonun altına müsbət şərhlər qoyublar: “Sən əsl əfsanəsən, bütün dünyaya bəxş etdiyin tarixdə silinməz obrazlara görə təşəkkür edirik”, “Mənim sevimli aktyorum, sən həmişə ən yaxşı döyüş filmlərinin qəhrəmanı olacaqsan”, “Məni həmişə ruhlandırmısan” və sair kimi tərifli sözlər deyən deyə pərəstişkarları aktyora sevgisini etiraf edib.
Qeyd edək ki, Jan-Klod Van Damm 1960-cı ildə Belçikada anadan olub. Gələcək aktyor 18 yaşında karate üzrə qara kəmər alıb və bodibildinqdə "Cənab Belçika" titulunu qazanıb. 1979-cu ildə Van Damm "İt və canavar arasındakı qadın" filmində debüt edib.
Aksiya ulduzu "Sabit hədəf" (1993) və "Vaxt patrulu" (1994), "Replikant" (2001), "Cəhənnəmdə" (2003), "Komandada ikinci" (2006) və bir çox filmlərdə çəkilib.