Jozep Borrell Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayıb

22:46 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşü alqışlayıb.

Hafta.az xəbər verir ki, bu barədə J.Borrel özünün "Twitter" səhifəsində yazıb.

"Ararat Mirzoyan və Ceyhun Bayramovun Tbilisidə görüşünü alqışlayıram. Sülh yolunda mühüm addım. Aİ sülhün bərqərar olduğu, təhlükəsiz və firavan Cənubi Qafqazı tam dəstəkləyir. Normallaşmaya/barışığa ancaq birbaşa dialoq vasitəsilə nail olmaq olar", - deyə J.Borrel bildirib.