Jurnalistlər mina partlayışları olan əraziyə getdilər

09:39 15.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məqsəd azad olunmuş ərazilərdə ermənilərin basdırdığı mina və onların fəsadları ilə tanışlıqdır.

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.