Kabildə valyutadəyişmə məntəqəsində güclü partlayış olub

16:45 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bazar günü səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərindəki böyük valyutadəyişmə məntəqələrinin birində güclü partlayış olub.

Hafta.az TOLOnews telekanalına istinadla xəbər verir ki, Saray Şahzada rayonunda baş verən partlayışda zərər çəkənlər var. Kabil təcili yardım xidməti nümayəndəsinin sonradan verdiyi məlumata əsasən, partlayış nəticəsində 50-dən çox insan yaralanıb. Yerli KİV isə şahidlərə istinadla azı 30 nəfərin yaralandığını bildirib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün səhər naməlum şəxs qarət məqsədilə valyutadəyişmə məntəqəsinə qumbara atıb. Cinayətkar qaçıb gizlənə bilib.

Taliblərin təhlükəsizlik qüvvələri insidentin təhqiqatına başlayıb, cinayətkarın tapılması üçün xüsusi əməliyyat keçirilir.