Kadir İnanırından xəbər var

09:36 26.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşhur sənətçi Kadir İnanırın qardaşı oğlu Ləvənt İnanır əmisinin tibbi vəziyyətinə dair açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə,  o deyib ki, bir müddətdir xəstəliklə mübarizə aparan əmisi Kadir İnanır fiziki müalicə prosesi keçir. “Çox çətinliyin öhdəsindən gəldik. İnanırıq ki, çox yaxşı olacaq" deyib.

Beynindəki laxtalanma nəticəsində üç dəfə reanimasiyaya alınan və əməliyyat olunan usta aktyor Kadir İnanır Koç Universiteti Xəstəxanasında müalicə alır.

Rejissor Tomris Giritlioğlunun dəfnində iştirak edən Ləvənt İnanır, "O, çox yaxşıdır. Fiziki müalicə prosesimiz var. Bunun xaricində hər gün irəliləyirik və yaxşılaşırıq. Böyük bir çətinliyin öhdəsindən gəldik. Çox yaxşı olacaq. Onu sonuncu dəfə 3 gün əvvəl görmüşdüm. Sabah yenə yanına gedəcəyəm inşallah dualarla" deyib.

Ustad aktyorun həyat yoldaşı Jülidə Kural keçən ay verdiyi açıqlamada Kadir İnanırın intubasiya edilmədiyini bildirərək, “Yeni inkişaflara uyğun olaraq, siz milyonlara sevgisini daşıyan sizlərə real məlumatları çatdırmaq məcburiyyətində hiss edirəm. Kadir İnanır ürəyinizdə bildiyiniz kimi, aylarla davam edən xəstəxanada müalicə prosesində çox müsbət irəliləyişlər oldu. İnfeksiya səbəbiylə çətin anlar yaşansa da, indi vəziyyəti yaxşıdır” deyib.