Kadırov Ukrayna qüvvələrinin guya “ağır itkilər” verdiyini deyib

09:15 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistanın rəhbəri Ramzan Kadırov bütün təmas xətti boyunca Ukrayna qüvvələrinin guya ağır itkilərlə üzləşdiyini deməklə rus ordusunun əsgərlərinə stimul verməyə çalışıb.

Hafta.az-ın yazdığına görə, Kadırov bu barədə Telegram kanalında yazıb. O, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinovun “Birinci Kanal”ın efirində verdiyi açıqlamaya istinad edib.

Çeçenistan rəhbəri vurğulayıb ki, bölmənin döyüşçüləri “sistemli olaraq cəbhənin məsul hissəsini təmizləyir, düşmənin möhkəmləndirilmiş ərazilərini və qiymətli Qərb texnikasını məhv edir”.

Kadırov iddia edib ki, Ukrayna tərəfi hadisələrin bu cür inkişafına hərtərəfli hazırlaşıb, onlar “bütün yeraltı şəhər” tikiblər və buna görə də çətinliklər yaranıb.

Bundan əvvəl Alaudinov "Soloviev Live" telekanalında bildirib ki, Qərb Ukrayna əsgərləri üzərində hərbi-bioloji preparatları (döyüş narkotikləri) sınaqdan keçirir.

2022-ci il fevralın 24-də Rusiya pezidenti Vladimir Putin Luqansk və Donbas separatçı rejimlərinin rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün müharibəyə qatılmağa qərar verdiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.