Kahramanmaraşda “Azərbaycan” yaşayış massivinin tikintisi sürətlə davam edir

21:00 11.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” yaşayış massivinin tikintisi davam edir.

Hafta.az xəbər verir ki, ümumi sahəsi 28,5 hektar olan ərazidə fəal tikinti işləri aparılır. “Azərbaycan” massivinin baş planına uyğun olaraq, ümumilikdə 1300 mənzildən ibarət 71 yaşayış binası istifadəyə veriləcək. Massivin ərazisində 764 qeyri-yaşayış obyektinin tikintisi də planlaşdırılır.

Məhəllənin yaşıllıq zonası 14 hektar ərazini əhatə edəcək, həmçinin 3,5 hektar ərazidə parkın salınması da planlaşdırılır.

Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan Nazirlər Kabinetinin icraedici orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir.