Kanada Rusiyanın 33 silah şirkətinə sanksiya tətbiq etdi

19:38 11.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kanada Rusiyanın Ukraynaya hücumlarında Rusiya ordusuna dəstək verdiyi üçün 33 Rusiya silah şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, bir çox ölkə Rusiyaya qarşı sanksiyalarını artırmağa davam edir.

Kanada Rusiyanın Ukraynaya müdaxiləsində göstərdikləri yardıma görə 33 Rusiya silah şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.

"Bu təşkilatlar Rusiya ordusuna birbaşa və ya dolayı dəstək verib", - hökumətin bəyanatında deyilir. Ona görə də bu şirkətlər Vladimir Putinin Ukraynada başladığı müharibənin səbəb olduğu ağrı və iztirablara ortaqdırlar. Kanada Ukraynadakı vəziyyəti yaxından izləməyə və beynəlxalq tərəfdaşları ilə birlikdə hərəkət etməyə davam edir.