Kanada hökuməti Ukraynaya hərbi yardım çərçivəsində noyabrın sonuna kimi ona 39 zirehli transportyor (BTR) verəcək. Bu barədə cümə günü Kanadanın baş naziri Castin Trüdonun mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə deyilir: “İyun ayında Ukraynaya çatdırıldığını elan etdiyimiz 39 zirehli transportyor artıq Ukrayna hərbçilərinin təlim keçdiyi Avropaya gəlməyə başlayıb" Mətbuat xidməti aydınlaşdırıb ki, fevral ayından Ottava Kiyevə 600 milyon Kanada dolları (443 milyon dollar) məbləğində hərbi yardım edib.
Bundan əlavə, qış gələnə qədər Kanada isti paltarlar, qızdırıcılar, yanacaq və s. alınması üçün 55 milyon Kanada dolları (40 milyon dollardan çox) ayıracaq. Alışlarda beynəlxalq humanitar təşkilatlar, o cümlədən Qızıl Xaç da iştirak edəcək.